Yunus Əmrə haqqında maraqlı faktlar

Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən “Yunis Əmrə–Sevgi ili” kimi elan edilməsi də məhz böyük ozan yaradıcılığının ümumbəşəri əhəmiyyətindən və miqyasından qaynaqlanır.

Davamı →

Salam olsun | Yunus Əmrə

Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!

Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!

Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!
Davamı →